Derlər, düşübdü İran səhmanə, əhsən, əhsən!Əhsəntü barəkallah İranə, əhsən, əhsən!

İranda mən sanırdım, yox öylə bir cəmaət,Bir gündə eyləsinlər İranə bir himayət,İranlılarda olmaz, derdim ki, bir fərasət,Derdim: düzəlməz İran, etsə qiyam, qiyamət,Düşmüşdür indi derlər, səhmanə, əhsən, əhsən!Əhsəntü barəkallah İranə, əhsən, əhsən!

İran cəmaətinə söylərdi xalq qanmaz,Qəflətlə cümlə yatmış, hərgiz daha oyanmaz.Kim der ki, millətinin İranə könlü yanmaz,Bilməm, Baba, inanır xalq indi, ya inanmaz,Derlər, düşübdü İran səhmanə, əhsən, əhsən!Əhsəntü barəkallah İranə, əhsən, əhsən!

Meydani-rəzmə olmuş amadə cümlə sərbaz,Çəng etməyə qılırlar şövq ilə bəs ki, ağaz.Sanki kəbutər üstə eylər hücum şəhbaz.Alət yerinə almış cümlə ələ xəkəndaz,Derlər, düşübdü İran səhmanə, əhsən, əhsən!Əhsəntü barəkallah İranə, əhsən, əhsən!

İranə bir deyən yox, ey binəvayi-müztər,Get karinin dalınca, yox səndə öylə ləşkər,

Öz dərdinə əlac et, qalma bu qədri bisər,Çıxma kənarə yoldan, həddin deyil bu işlər,Məğrur olma deyirlər İranə, əhsən, əhsən!Yeksər düşübdür İran səhmanə əhsən, əhsən!Əhsən mən etdiyim bu böhtanə, əhsən, əhsən!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland