Çəkmə qəm millət yolunda, şad ikən qıl seyri-bağ,Lalərüxlər seyrin et, çək sineyi-məzlumə dağ.

Məskən et meyxanə içrə, getmə səmti-məscidə,Məst ol, hər gün başa çək saqi əlindən bir ayaq.

Yandır öz dindaşını zülm atəşilə öylə kim,Yandırar pərvaneyi-sərgəştəni hər şəb çıraq.

Tutiasa qılma şəhdü şəkkərə hərgiz həvəs,Fəzləxari-nikbət ol səhralar içrə misli zağ.

Bir könül şad etmək üçün min könül qəmxanə qıl,Ağlasın çeşmani-mərdüm, öz dəmağın eylə çağ.

Eşqi-Şirin ilə çal başa səfahət tişəsin,Qoy səni Fərhad sansınlar, məkanın eylə dağ.

Bağla könlün eşqi-tərsayə, əlin çək tiğidən,Qıl səlibi həzrəti-Sənan kimi daim soraq.

Zahidasa sənəti, elmü fünuni et kənar,Seyd qılmaqçün əvamı ovçu tək çək bəhrə ağ.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Wine and the tavern