Qoyma, gözəlim, kuyinə əğyar dolansın
Qoyma, gözəlim, kuyinə əğyar dolansın,İnsafmı, gülzarı gəlib xar dolansın?!
Razı deyiləm, özgə ola məhrəmi-vəslin,Gülzari-behişti niyə küffar dolansın?!
Könlüm quşu daim dolanır şövqi-rüxünlə,Əlbəttə, gərək Kəbəni zəvvar dolansın.
İkrah eləmə, qamətinə zülf dolaşsa,Sərv üstünə, bu rəsmdi, şahmar dolansın.
Rəhm et, günümü eyləmə zülfün kimi qarə,Qoyma üzünə türreyi-tərrar dolansın.
Saldı məni peyvəstə qaşın fikrinə, zalim,Daim belə qoy çərxi-cəfakar dolansın.
Məxmur gözün fikri edib aləmi bihuş,Vahid necə bu şövq ilə huşyar dolansın?
Kitabxana.az · https://kitabxana.az/en/works/vahid-qoyma-gozelim-kuyine-egyar-dolansin
Use ← → keys to move, R for a random poem
More by this author
Bir gün, gözəlim, qəbrimin üstdən ötüşərsən,Dərdindən ölən aşiqini bir düşünərsən.
Bu hüsn ilə, gözəlim, sən gözəllərin gözüsən!Bu hüsn ilə, gözəlim, sən gözəllərin gözüsən!Nə vaxtadək salacaqsan fərağına bizi sən?
Mərdümi-çeşmim edib mişksifət zülfü vətənMərdümi-çeşmim edib mişksifət zülfü vətən,Dami-səyyadidə san bənd olub ahuyi-Xütən.
Gəl, ey fəraqı məni zarü biqərar eləyənGəl, ey fəraqı məni zarü biqərar eləyən,Bəlalı başımı yüz qəmlərə düçar eləyən.
Poems by other poets · Love
Aşıq Şenlik:*Aşığa rəhmin gəlsin, bir danışıb gülsən yar,
Bir kəs ki, qəm düçarı ola, ağlar, ağlamazBir kəs ki, qəm düçarı ola, ağlar, ağlamaz?Ənduhu qüssə yarı ola, ağlar, ağlamaz?
Qayıt indiSərsəri pərişlüm, qıyqac baxışlumMən sənə nə dedim, qız, qayıt indi
GəlməsinEşitmişəm yar yanında müddəi,Deyib Sabit bu samana gəlməsin,