Ahəstə, bülbülüm, oxu, dildar oyanmasın!
Ahəstə, bülbülüm, oxu, dildar oyanmasın!Naz ilə yatmış ol güli-bixar oyanmasın!
Sübhün zamanı dərdi coşar binəvalərin,Gizlində nalə çək, o cəfakar oyanmasın!
Yoxdur qəmim, oyansa o gül, arzum budur;Yansın rəqibim odlara, əğyar oyanmasın!
Ey mahiparələr, bu gecə yar gəlməyib,Sönsün fələkdə sabitü səyyar, oyanmasın!
Süzgün baxışla yar sevindirdi könlümü,Görcək təbibini necə bimar oyanmasın?!
Çeşmində fitnələr yatıb o gülün, ehtiyat edin,Mümkün deyil ki, məsti-xətakar oyanmasın!
Vahid, deyirlər, indi də meyxanələrdədir,Öz tövbəsin ki, eylədi inkar, oyanmasın!
Kitabxana.az · https://kitabxana.az/en/works/vahid-aheste-bulbulum-oxu-dildar-oyanmasin
Use ← → keys to move, R for a random poem
More by this author
Molla Həsən, niyyətinə mərhəba,İş düzələr, deyirdin bu gün, sabah.
Qurban bayramıBir də görsəydim səni röyadə, qurban bayramı,Həsrətim qalmazdı bu dünyadə, qurban bayramı!
Vay dədəDağıldı getdi, vay, dədə, əcəb, cəlalı mollanın,Hanı o köhnə hörməti, hanı o halı mollanın?
Ata nəsihətiOğlum, atanın çıxma sözündən, kor olarsan,Alverdən uzaqlaşma, inan, dilxor olarsan;
Poems by other poets · Love
Bir kəs ki, qəm düçarı ola, ağlar, ağlamaz?Ənduhu qüssə yarı ola, ağlar, ağlamaz?
Dərbəndə gəlSalam olsun sənə, ey aşiq Valeh,Hünərin var isə bu Dərbəndə gəl,
QəzəlVahəsrəta ki, tərki-vəfa qıldı yarlər,Əfğan ki, keçdi həsrət ilə ruzigarlər.
SevdiyimQədəm basdın didələrim üstünə,Sən xoş gəldin, səfa gəldin, sevdiyim.