Meyxanə məclisində gərək söhbət olmasın,Bir kəsdə söhbət eyləməyə cürət olmasın!

Söhbət xilafdır, demirəm, tərkin eyləyin,Mey məclisində, cəhd eləyin, qiybət olmasın!

Sərxoşluq etmə, gözlə meyin ehtiramını,Salma ayağa badəni, bihörmət olmasın!

Meydən murad zövqü səfa almaq isə gər,Mey tək büsatə zövq yetir, nifrət olmasın!

İçdikcə əhli-halı edər huşiyar mey,Pəjmürdələnmə, qabil otur, qəflət olmasın!

Piri-muğan o şəxsə edib badəni həlal,Zatində şübhə yox, kim onun illət olmasın!

Sən adəm ol, ədəblə mey iç, uyma cənnətə,Kövsər, cəhənnəmə, sənə qoy qismət olmasın!

Meydir, xülasə, ruhə qəza, bir də musiqi,Bunlardan özgə ali gərək nemət olmasın!

Zənnim xəta deyil ki, desəm musiqi kimi,Sənətlər içrə incə gərək sənət olmasın!

Hər elmə qiymət oldu iyirminci əsrdə,Bir yer olurmu musiqiyə qiymət olmasın?!

Vahid, o millət ki, onun musiqisi yox,Batsın da yerli-dibli, elə millət olmasın!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Wine and the tavern