Bir ləhzə gülmədi üzüm ol gülcamal ilə,Ömrüm yetişdi axirə yüz min xəyal ilə.

Hicran qəmilə eylə ki, mən adət etmişəm,Şad olmaram ölüncə ümidi-vüsal ilə.

Öz eşqim ilə fəxr edirəm kainata mən,Şahlar öyünməsin mənə cahü cəlal ilə.

Yar ilə xoş dəqiqələrin başqa zövqü var,Yar olmayanda gün keçəcək qilü qal ilə.

Bir də cahana gəlməyəcəksən dübarə sən,Mümkünsə, qoyma keçməyə ömrün məlal ilə.

Tədric ilə qocaldacaq axır fələk səni,Vəhşiliyi burax, dolan əhli-kamal ilə.

Vahid, mənimlə düz dolanan yar tapmadım,Çünki fələk də kəc dolanır əhli-hal ilə.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love