Artardı zülmü zillət içində əzabımız,Göstərməsəydi mehri-ruxin inqilabımız.

Məzlumə zülm edən yetəcəkdir cəzasına,İştə budur, ədulara qəti cavabımız.

Bədxahi-xalq olan görəcək öz qiyamətin,Vəkta, quruldu ədlilə yövməl hesabımız.

Yetməzmi, eyşü nuş ilə sərməst olan dəni,Fəqr ölkəsində xuni-dil olmuş şərabımız.

Bilmərrə məhv eyləyəcək əbri-zülməti,Saçsa cahanə nuri-ruxin afitabımız.

Qılmaq xilas acizi zənciri-zülmdən,Yüz dəfə Kəbədən olur artıq səvabımız.

Aydın ürəkli şəxslərin aşinasıyıq,Çirkinlər ilə olmaz, əvət, intisabımız.

Şeytan fikirli növi-bəşər canın almağa,Parlar səmayi-ədldə tiri-şəhabımız.

Ölsək də xoşdur, haqqü ədalət yolunda biz,Düşmən min olsa zərrəcə yox iztirabımız.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Praise