Hürriyyət tərənəsi
Bizi mərdanə doğmuşdur təbiət ibtidasından,Ədunun qorxmarıq qanlar tökən növki-cidasından.
Ölüncə şikvəyə dil açmarıq ədayi-birəhmin,Əgər yüz yol kəsilsə başımız tiği-cəfasından.
Ədulər bağrını çatlatmışıq meydani-hərb içrə,Biz ol fatehlərik haqqın zəfərpərvər sədasından.
Şərari-tiğimizdən hər zaman düşmən fərar etmiş,Qaçar xəffaşi-bədtinət necə şəmsin ziyasından.
Şəhid olmaq fəqət hürriyyət uğrunda səadətdir,Əsarətlə həyatın bisəmər zövqü səfasından.
Sevərsək Gavətək azadəlik, məzlumi-dünyanıXilas etmək gərək Zöhhakı-əsrin hər bəlasından.
Əgər məzlumu qurtarmaqsa məqsəd zülmi-zalımdan,Gərək bilmərrə yıxmaq qəleyi-zülmü binasından.
Kitabxana.az · https://kitabxana.az/en/works/vahid-hurriyyet-terenesi
Use ← → keys to move, R for a random poem
More by this author
Gəlib orucluğun dəmi, çıxır sədası mollanın,Bu ayda müstəcəb olar bütün duası mollanın.
Nə faidəOlma vəfalı, əhdü vəfadən nə faidə?Ol biəda, vəfavü ədadən nə faidə?
Nə ləzzətiDünya üzündə olmadın ədna, nə ləzzəti?Ədnalıq ilə olmadın əla, nə ləzzəti?
YaxşıdırBavəfa olmaqdan isə bivəfalıq yaxşıdır,Baədalıqdan nə ləzzət, biədalıq yaxşıdır.
Poems by other poets
Naz et, dedim gözələ, işvələr azdır,Baş açmadım oynundan onun, bu nə nazdır?
TürklərOl qoçaq iranlılar,Ol igit osmanlılar,
Bir yanaAla gözlüm, məni Məcnun eylədin,Xumarranıb sərxoş baxma bir yana.
Gəraylı: Bir qiya baxışlı yardanBir qiya baxışlı yardanCüda olmaq nə mümkündür,