Əlacımız
Nə Xızra bağlıdır, nə Məsihə əlacımız,Zəhmətlə hasil olmalıdır ehtiyacımız!
Qılsaq kədərdən ayineyi-qəlbi saf əgər,Haşa ki, səngi-tən ilə sınsın zücacımız.
Bazari-rəzmə çəksən əgər can mətaini,Şəmşiri-abidar ilə artar rəvacımız.
Hürriyyət ilə nəşvü nüma bulmuşuz müdam,Qılmaz qəbul qeydi-əsarət məzacımız.
Bir zərrə ilə məhv qılar əbrü-zülməti,Olduqca nuri-ədl ilə rövşən səracımız.
Düşmən sözünə bavər edib qəflət etməriz,Tutmaz dənilər ilə bizim imtizacımız.
Qət etməyincə rişeyi-ömrünü zalımın,Hərgiz cahanda olmayacaq ibtihacımız.
Daim gərək biz əsgər olaq, istəsək nicat,Yox bundan özgə iştə cahanda əlacımız.
Kitabxana.az · https://kitabxana.az/en/works/vahid-elacimiz
Use ← → keys to move, R for a random poem
More by this author
Ey zülm evi, tez məhv olacaqsan təməlindən,Övladi-bəşər qurtaracaq qanlı əlindən.
Etməm, gözəlim, kimsəyə bir şikvə qəmindənEtməm, gözəlim, kimsəyə bir şikvə qəmindən,Yansam da, yaxılsam da tükənməz sitəmindən.
Ey gül, səni kim ayrı salıbdır çəmənindən?Ey gül, səni kim ayrı salıbdır çəmənindən?Aç gizli müəmmanı o qönçə dəhənindən.
Dila, minnət çəkincə hər vəfasız aşinalərdənDila, minnət çəkincə hər vəfasız aşinalərdən,Yaxınlaş dərgəhi-həqqə, uzaqlaş bivəfalərdən.
Poems by other poets
Bəsdir, Baba, danışdın, fəryad sənin əlindən!Bir gün olurmu millət azad sənin əlindən?
Təcnis: Çəkmiş yar oxunu, salmış yayınaÇəkmiş yar oxunu, salmış yayına,Bağlamış belinə bu sədaqları.
TilliBənövşə tək sünbül zülfün boy verir,Hər yuyub sərində havaya, tilli.
AğlaramÇərx fələk çəkdin qəza qılıncınƏyyamımı siyah etdin ağlaram