El düşdü bütün heyrətə divanəliyimdən,Sirrin demədim bir kəsə mərdanəliyimdən.

Xakistəri-eşqəm, mənə təhqir ilə baxma,Min gənc çıxar zahirə viranəliyimdən.

Məcnun kimi mən barigəhi-eşqi bəyəndim,Keçdim bu təmənna ilə şahənəliyimdən.

Məxmur gözün fikri ilə badə çox içdim,Bir kimsə zərər görmədi məstanəliyimdən.

Hər lalərüxün şəm kimi eşqinə yandım,Bir ləhzə xəbər tutmadı pərvanəliyimdən.

Divaneyi-eşq olmağa hər kim həvəs etsə,Əvvəlcə gərək dərs ala rindanəliyimdən.

Vahid, mən o xakəm, yenə meyxanədə bir günBir zövq yetər aləmə peymanəliyimdən.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love