Sən üzündən aləmi rövşən qılıb saldın niqab,Yazıya salsın bu gündən böylə nurin afitab.

Sən nə nuri-paksən, ey məzhəri-sün’i-ilah,Kim, alır şəm’i-rüxündən nur mehrü mahitab.

Əks ruyin suya salmış sayə, zülfün toprağa,Ənbər etmiş toprağın adın, suyun ismin gülab.

Yeldə bulmuş buyi-zülfün, suda əksi-arizinKim, yeli bağrına basıb, suya göz dikmiş hübab.

Lə’lgun meydir əlində sağəri-simin ilə,Ya nigini-lə’ldir, rəşki-ləbindən oldu ab?

Kilki-qüdrət lövhi-sinəmdə səni qılmış rəqəm,Eyləyib məhbublər məcmuəsindən intixab.

Maqta — the closing couplet bearing the poet’s pen name. Ey Füzuli, hər əməl qılsan xətadır, qeyri-eşq,Budurur mən bildigim, “vəllahü ə’ləm bis-səvab”

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love