Könlüm quşu, ey gül, səni şamü səhər istər,Bülbül necə gülşəndə gülü tazə-tər istər.

Aşüftə qılıb könlümü zülfün kimi, getdin,Məşuqə məgər aşiqini xuni-cigər istər?

Dur mahə bərabər, götür ol zülfünü üzdən,Rüxsarını görməkliyi şəmsü qəmər istər.

Ver izn, doyunca öpüm, ol ləli-ləbindən,Könlüm quşu tuti kimi şəhdü şəkər istər.

Eşq atəşinə dözmədi Məcnun da mənimtək,Bu mərəkeyi-eşq, həqiqət, hünər istər!

Uymazdım onun eşqinə, bilsəydim əzəldən,Biganələri məndən o gül bixəbər istər.

Gözlə, bu gözəl şerləri, Vahid, itirmə,Səndən gələcək nəsl gözəl bir əsər istər.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love