Gözəlim, sən görən ol aşiqi-nalan deyiləm,O xumar gözlərə bundan sora heyran deyiləm.

İndi get həsrətini başqa bir aşiq çəksin,Bir də sevsəm səni, söz vermişəm, insan deyiləm.

Gəz, dolan, seyr elə öz sevdiyin aşiqlər ilə.Ürəyindən nə keçir, eylə, peşiman deyiləm.

Səndə bir azca gözəllik: iki qaş, göz vardır,Bivəfasan, demişəm aləmə, qorxan deyiləm.

Gözləməkdən yolunu yaxşı qutardım özümü,İndi heç bir gözəl eşqində nigaran deyiləm.

Könlümü güclə xilas eyləmişəm zülfündən,Daha xatircəməm, eşqində pərişan deyiləm.

Vahidəm, indi sədaqətli gözəllər sevirəm,Hər vəfasız gözəlin hüsnünə qurban deyiləm.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love