Sevmişəm mən səni, ey şux, peşiman deyiləm
Sevmişəm mən səni, ey şux, peşiman deyiləm,Səndən əl çəksəm ölüncə əyər, insan deyiləm.
O vəfasız ki, səninlə belə rəftar elədi,Mən bu işdən, gözəlim, zərrəcə xəndan deyiləm.
Min əyər düşmənim olsa, o cəfapişə kimi,Sən də qorxma, mələyim, mən daha qorxan deyiləm.
Sevirəm mən səni, biəhd hesab etmə məni,Səndən özgə gözəlin eşqinə qurban deyiləm.
Sən mənimlə olacaqsan, nə qədər ömrüm var,Səndən özgə gözəl eşqində nigaran deyiləm.
Məni səndən ayıra, bəlkə, ölən vaxtda əcəl,Vahidin əqli kəsir hər şeyi, nadan deyiləm.
Kitabxana.az · https://kitabxana.az/en/works/vahid-sevmisem-men-seni-ey-sux-pesiman-deyilem
Use ← → keys to move, R for a random poem
More by this author
Ahım şərəri yetsə, nolur ərşi-bərinə,Səbr etmək olurmu vətənin dərdi-sərinə?
EtməzLəzzəti-xeyri görən şər işə iqdam etməz,Mərdi-aqil özünü nakəsi-əyyam etməz.
Ədalətİzhar ola gər pərtövi-ruxsari-ədalət,Dünyanı tutar büsbütün ənvari-ədalət.
HürriyyətXoş olmasaydı cahanda məali-hürriyyət,Həqiqətən, olamazdı məqali-hürriyyət.