Düşüncə
Ahım şərəri yetsə, nolur ərşi-bərinə,Səbr etmək olurmu vətənin dərdi-sərinə?
Cəmşidi-cəmə, gör ki, zər axır nələr etdi,Ey fəxr eləyən sübhü məsa simü zərinə?!
Bilməz vətənin qədrini ol kəs ki, dənidir,Sərraf tanır gövhəri, yetcək nəzərinə.
Zahid, nə yatıbsan, hamı millətlər oyandı,Qafil, gözün aç, uyma cəhalət səfərinə.
Cəngahidə düşməndən həras eyləməz əsla,Bir mərd ki, məğrur ola daim hünərinə.
Bir Kəbeyi-əhli ürəfadır vətən, ey dil!Şənü şərəfi yetmiş onun ərşi-bərinə.
Vahiddən umub, şerinə naqis demə, ziraBitəcrübədir, görməmiş əsarü qərinə.
Kitabxana.az · https://kitabxana.az/en/works/vahid-dusunce
Use ← → keys to move, R for a random poem
More by this author
Nə dərd olursa, qələtdir, deyillər, çarəsi var,Əlacı olmaz o şəxsin ki, dildə yarəsi var.
Könül, bu naz eləyən məhliqalərin nəyi var?Könül, bu naz eləyən məhliqalərin nəyi var?Cəfadan özgə bu zülfi qaralərin nəyi var?
Bu nazənin gözəlin yaxşı dilgüşalığı varBu nazənin gözəlin yaxşı dilgüşalığı var,Heyif, öz aşiqinə çox kəmetinalığı var.
Gərçi məhəbbət aləminin çox səfası varGərçi məhəbbət aləminin çox səfası var,Hər qarə zülfə meyl edənin min bəlası var.