Bu nazənin gözəlin yaxşı dilgüşalığı var
Bu nazənin gözəlin yaxşı dilgüşalığı var,Heyif, öz aşiqinə çox kəmetinalığı var.
Gözəlliyilə bərabər, sevimli dilbərdir,Nə qeyrilərlə yaxındır, nə aşinalığı var.
Demə, gözü, qaşıdır artıran məlahətini,Bulardan artıq hələ xalının qaralığı var.
Necə bu hüsn ilə mən ol nigarə Leyli deyim,Onun ki, eşqdə Məcnuna bivəfalığı var?!
Gədayi-kuyi olan böylə nazənin gözəlin,Diyari-eşqdə dünyayə padişahlığı var.
Həqiqət aşiqi pərvanədir, get, ey bülbül,Sənin fəğanın, onun zarü binəvalığı var.
Nə rütbə istəmə, Vahid, nə şöhrət aləmdə,O kəs ki, rütbəpərəst oldu, bil gədalığı var.
Kitabxana.az · https://kitabxana.az/en/works/vahid-bu-nazenin-gozelin-yaxsi-dilgusaligi-var
Use ← → keys to move, R for a random poem
More by this author
Yetişdi qeyri aşiqlər vüsali-yarə, mən qaldım,Xəlayiq çarə tapdı dərdinə, biçarə mən qaldım.
“Yarımı bağçada qəm-qüssəyə batmış sandım“Yarımı bağçada qəm-qüssəyə batmış sandım,Xəbər aldım ki, nə var, dinmədi, yatmış sandım”.
Dedim, əğyar ilə gəzmə, sənə çox yalvardımDedim, əğyar ilə gəzmə, sənə çox yalvardım,İndi dincəl, gözəlim, mən də ölüb qurtardım.
Olsaydı müyessər, gözəlim, yarın olardımOlsaydı müyessər, gözəlim, yarın olardım,Hər ləhzə qəmin çəkməyə qəmxarın olardım.
Poems by other poets · Love
Bir namə yazım, badi-səba yarə yetirsin,Şərhi-qəmimi ol büti-xunxarə yetirsin.
Arizin görmək ilə tərk-i dil ü can etdimArizin görmək ilə tərk-i dil ü can etdim,Bağrımı ləblərinin şövqi ilə qan etdim.
Şanlı gördükcə məni sanki edir qövr fələkŞanlı gördükcə məni sanki edir qövr fələk,Min kələk çidə edir başıma filfövr fələk.
Səndən uzaqlardaSəndən ayrıldığım on gün olsa da,Lakin hər günümü bir il sanmışam.