Gərçi məhəbbət aləminin çox səfası var,Hər qarə zülfə meyl edənin min bəlası var.

Aşiq şikayət eyləməz, hər cövrə səbr edər,Pərvanə sanma, atəşə yansa, nəvası var.

Hər aşinayə söyləmək olmaz, vəfası yox,Çək imtahanə, bəlkə, bir əhli-vəfası var.

Qoyma qədəm, diyari-məhəbbət bəlalıdır,Nə ibtidası var, nə də ki, intəhası var.

Səbr ilə gün keçirə gərək əhli-eşq olan,Hər dərd olursa, axırı bir gün dəvası var.

Bir daş ürəkli dilbərə çoxdan vurulmuşam,Nə rəhmi var, nə dostluğu var, nə ədası var.

Şairlər içrə sanma, hünərsizdi Vahidi,Vahid nə olsa da yenə, bil, iddiası var!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love