Minib eşqin səməndini çaparam yavaş-yavaş,Sınıq könlüm yüz tədbirnən yaparam yavaş-yavaş.Sevən yarım şəfqət etsə o ləblərin suyundan,Od tutuban yansa canım, səpərəm yavaş-yavaş.

Geyinmisən, yüz fitnəylə tilsim əynindədir,Məni bu dərdə salıbsan bablın boynundadır,İtiyim var, axtarıram, deyirlər qoynundadır,İznin olsa, mən əl salıb taparam yavaş-yavaş.

Mən Cüməni yad etmədin, heç bilmirəm günahım,Məni səndən cüda saldı min bir adlı pənahım,Can dilbərim, bir yaxın gəl, çox da yoxdur tamahım,O gül yanaqdan bir busə öpərəm yavaş-yavaş.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love