Gecə-gündüz duam budur,Cabbar Cəlildən mədəd.Axır zaman peyğəmbəri,Rəsul Xəlildən mədəd.Dörd səhabə, dörd məlayik,Həzrəti Cəbraildən mədəd.Doğru rahdə bizim üçünOlan dəlildən mədəd,Adəmin cəsədi yoğrulan,O Abi-gildən mədəd.

Dəryada balıq qarnındaYunis oxur halətə.Dörd yol öldü Carcus Nəbi,Çıxdı axır səlamətə.Tutdu Əli ZülfüqarıÇalışdı qəzəvətə.Kərbəlada Həsən, HüseynTəslim oldu cənnətə.Mustafanın çeşmi-nuruOl iki güldən mədəd.

Yüz igirmi dörd min NəbiDünyaya qılmış zühur.Yeddi qat yer, yeddi qat göyƏrş-kürs, Qaf, Tur,Şəms, qəmər, mələk, nücum,İns, cins, mari, mur.Yüz sühüfnan endi Tovrat,Fürqani, İncil, Zabur,İxlasınan Yasin TahaOxuyan dildən mədəd.

İbrahim Ədhəm padşahkənTaxtdan qaçdı biçarə.Dost üzünə həsrət qaldıYəməndə Veysəl Qarə.Əshab-Kəhfin kəlbi olubQoşulaydım qırxlarə.Axır kəlam Molla CumaSığıngınan Qaffarə,Çün mağrifat dəryasıdırO nəhri-Nildən mədəd.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets