Qardaşım, təhsili-elmə aç gözün, imdad qıl!Elm oxu, bilmərrə cəhli xatirindən yad qıl!

Elmsiz insan olur daim bəlayə mübtəla,Elm ilə dərdi kənar et, qəmli könlün şad qıl!

Köhləni-nəfsi dayandır, əqli parlat, et, gözüm,Elm evin abad, cəhlin xanəsin bərbad qıl!

Məstsən qəflət şərabında, həmiyyət vaxtıdır,Huşyar olmaqlığa öz xalqını mötad qıl!

Qıl vətən övladına təlim elmü sənəti,Cəhldən qaytar tamamin, elmdə ustad qıl!

Qeyrlər icad edirlər telqraf, telfon, müdam,Sən də bir məktəb vətən övladına icad qıl!

Xalqına fürsət var ikən xidmət et, Vahid, müdam,Ta ki sən də bu sədaqətlə cahanda ad qıl!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Wisdom and advice