İştə bir aliheyi-hüsnü cəmal,İştə bir malikeyi-fəzlü kəmal.

İştə bir düxtəri-pakizəxisal,Şəmsi-rəxşəndeyi-afaqi-cəlal.

Hər səhər çantası dərdəsti-ədəbNöqtəyi-məqsədidir darülədəb.

Əməli, fikri bütün kəsbi-kəmal,Nə müqəddəs əməlü fikrü xəyal!

Anlamış, elmdir əsbabi-nicat,Elmdir baisi-neyli-dərəcat.

İşbu məsumeyi-fərxəndəxisalÇalışır ki, edə ehrazi-kəmal.

Qoşiyor məktəbə bir nur kimi,Gediyor cənnətə bir hur kimi.

Zahiri zivərə yoxdur həvəsi,Zivəri-batinə çoxdur həvəsi.

Elmdir hilyeyi-insaniyyət,Elmdir zinəti-islamiyyət.

Elmdir adəmə ən şanlı şərəf,Milləti-cahilə olmazmı tələf?

Elmdir məsədətəfzayi-həyat,Sən də qıl elmlə təzyini-sifat.

A çocuq! Ey şərəfənduzi-kəmal!Ey mələksiyrət, a lahutxisal!

Oxu, ey bülbüli-növxani-çəmən!Sənin ilə edəcək fəxr vətən.

Şimdidən tərbiyə qıl baği-dili,Bitsin ol bağçada ürfan güli.

Nə gözəl söyləyib ol "məzhəri-elm":Tərbiyətbəxşi-maarif "dəri-elm":

"Zinəti-zahirəni sanma cəmal,Zinəti-batinədir əsl cəmal".

Zinəti-candır ədəb, fəzl, kamal,Adamın zivəridir yaxşı xisal.

Qəlb mirati-mücəlla kimidir,Fikr bir abi-müsəffa kimidir.

Ləkədar olsa əgər lövhi-xəyal,Safləndirmək onu əmri-məhal.

Seyqəli-ruhdur, adabu fünun,Edəlim təsfiyeyi-lövhi-dərun.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Wisdom and advice