İnləyir bari-qəm altında vətən, imdad yox,Kisveyi-matəm bürünmüş cümlə, bir dilşad yox.

Olmuş övladi-vətən puyəndeyi-rahi-zəlal,Bunları irşad üçün bir şö'leyi-irşad yox.

Bir taqım biçarələr mə'ruzi-tiri-intiqad,"Müntəqidlər" nolduğun tənqidə bir nəqqad yox!..

Milləti-məğdurəyə hər işdə min irad var,Əhli-iradə neçün, bilməm ki, bir irad yox?!

İrqi-millətdə təfəssüd eyləmiş xun, ey "həkim!"Etməyə ixraci-dəm cərrah yox, fəssad yox!

Xəstənin nəbzin tutub dərdaşına olmaq gərək,Yoxsa fəryadın həbadır, meyveyi-fəryad yox.

Gərçi millətdə mühəqqəqdir vücudi illətin,Səndə təşxisi-mərəz etməkdə iste'dad yox.

Fəxri-ustadanə ilə, ey olan sərşari-kibr,Cəhl ustadsın, ürfan üçün ustad yox!

Milləti-məzlumədə var qabiliyyət cövhəri,Heyf, onu parlandıran bizlərdə iste'dad yox.

Gördüyün əhli-qələm xüddami-istibdaddır,Həqqə təslim olmağa millətdə istib'ad yox.

Danələr nəşvü nüma bulmuş bu sünbülzardə,Neyləyək, bu zər'gahi biçməyə həssad yox.

Tərki-əğraz etməyi hər şəxs eylər tövsiyə,Tərki-əğraz eyləyən, ey vah, bir əfrad yox.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland