Aşiqi-giryan, cənani-xəndan
A.Səhhət qardaşıma ithaf
1
Hala yaşayır həyati-şəbrəng –
Altında nücumi-zahiratın,
Həp qəmli tərənə, qəmli ahəng –
Üstündə şu əsgi kainatın.
2
Sərməstiyi-nab içində dilbər,
Ərbabi-niyaz giryəpərvər,
Məğrureyi-hüsndür gözəllər,
Sövdazadələr nəsibi qəmlər!..
3
Hala niyə dilbərani-fəttan –
Üşşaqdən olmada gürizan?
Aşiq nəzərində parlayır yaş,
Xəndidə yenə nigahi-canan.
4
Busəşgəhi-xəndədir fəmi-yar.
Bir xəndə olaydım, ah, mən də,
Parlaq yaşayardım o dəhəndə –
İştə nə gözəl xəyali-didar!
5
Ya bir gül olaydım, ey baharım,
Ənbər saçına qonub öpərdim,
Bə’zən əlin ilə əylənərdim,
Ey zülfü gecə, üzü baharım.
6
Bax, bax da: nə bəxtiyar güllər,
Sinəndə durur o bəxtəvərlər.
Bə’zən də o dəsti-nazikinlə –
Güllər oluyor saçında zivər.
7
Ey zülfi siyah, nuri şəbfam,
Ey qönçələb, ey yanağı gülşən!
Sənsiz bu cahan olurmu rövşən?
Bu şe’rləri sən etdin ilham.
Bakı, 29 avqust
Kitabxana.az · https://kitabxana.az/en/works/hadi-asiqi-giryan-cenani-xendan
Use ← → keys to move, R for a random poem
More by this author
Afərin olsun sənə, ey “filusuf”i-zifünun!Pərvərişyabi-fünunun zümreyi-layə qilun.
ŞüurKurluqdan nə yetər, aşiqi-nur olmalıyız,Tərk edib səfsətəni, əhli-şüur olmalıyız.
Pəriyi-vicdanDüxtəri-napakdamən sanmayın hürriyyəti,Hər kəs olmaz rahyabi-hicləgahi-vüsləti.
Rəhgüzari-mətbuatda bir şükufeyi-maarifSabahleyin odamdan çıxıb mətbəəyə gedirdim. Kitab çantasını ziynəti-duşi-şətarət edən bir xristian balasına rast gəldim. Bu sevimli tifli-növxanın bir ədayi-mələkanə, bir vəz'i-vicdanpəsəndanə, bir tərzidilfiribanə ilə gülşəni-ətfal olan məktəbə gedişi həqiqətən nəzəri-diqqətimi cəlb etdi. Hənuz 8-9 yaşında bulunan bu gülqönçeyi-ürfanın könlümə ilqa etdiyi hissiyyati-mə'sumaneyi-kudəkanəsi şe'r olaraq dodaqlarımdan tökülməyə başladı:Ey iktisabi-elmə şitaban olan çocuq,