Gəl ana torpağım! Gəl məni dinlə,Mən sənin qəlbindən qopan bir səsəm.Baxıb gül hüsnünə nə dastan desəm,Sən ona zinəti ver əllərinlə!

Az söz qoşmamışam hər cəlalına,Çünki vurğunuyam mən bu yerlərin.Dastanlar yazmışam gül cəmalınaQərib axşamların, al səhərlərin.

İndisə başqadır mənim diləyimNə çıxar bu qədər can-can deməkdən?Bu gün söz açmıram tərifləməkdənBaşqa bir istəklə yanır ürəyim.

Fikir ver sözümə, nazəndə Vətən!Gəl səni şərh edim bir loğman kimi.Min söz uydursa da hər yoldan ötən…Mənim bu şerimi iç dərman kimi!..

Açdım ömrümüzü hey varaq-varaqGördüm açılmamış boş səhifələr…Çox gəzib axtardım mən çıraq-çıraqYazıq ki, tapmadım kamil bir əsər.

Çox zaman uyuruq alqışlara bizDeyirik kamala yetişdik daha!Bu gün sevilsə də əsərlərimiz,Bir şölə saçmayır onlar sabaha…

Bizim gəncliyin də bir çox dərdi var:Sevirəm onların həyat səsini.Əfsus ki, bilməyir hələ də onlarNə öz dilimizi, nə özgəsini!

Yarımçıq elm ilə, yarımçıq savadGəncliyin üstündə böyük ləkədir."Savadsız müəllim!.." Bu gülməli adGələcək günlərə bir təhlükədir…

Bəzən bir alimin çox iftixarlaDediyi özgənin fikirləridir.Qurtarır nitqini baxır vüqarla,Elə bil öz sözü, öz hünəridir.

Bəzən də nəşəmiz dolu bir gündəİçib qızışırıq biz birdən-birə.Ötərgi bir duyğu, bir söz üstündəOnillik dostluğu vururuq yerə…

Tarixin qocaman bir qanunu var:Kamalsız bir hünər solur çiçək tək…Mənim əllərimlə yazılan qərarZamanın hökmüdür: kamala yetək!

Bəzən də ağıllı sayılan sözlərBir qığılcım kimi parlayıb sönür…Mənasız çay kimi dayaz bir əsərBizim gözümüzə ümman görünür.

Günah nə gözdədir, nə də çeşməkdəMəqsədim başqadır bunu deməkdə,Kimin ki, sevdası, qəlbi dayazdır,Kimin ki idrakı, kamalı azdır.Baxıb damcı boyda görür dənizi,Sonra da qarışqa zənn edir bizi…

Görürsən tovlayır qəlbi ehtiras,Kor kimi gedirik onun dalınca.Hardasa nəşəmiz kökəlir bir az,Sonra da soyuyub məyus qalınca,Min lənət deyirik iradəmizə,Kefimiz sonradan dərd olur bizə.

Şair, nə üçündür bu sayıqlaman?Kim qulaq asacaq bu nəsihətə?Beş günlük dünyanın qonağı insan,Rəvamı qul olsun bir məhəbbətə?Dəymə? öz kefindən qalmasın heç kəs.Həyat bir qalıba sığışa bilməz!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Wisdom and advice