Mefistofel, yaxud dost cildində düşmən
Mefistofel! Mefistofel! Səni ölmüş sanırdıq biz,Fəqət sağsan, "əfv elə" ki, görməmişdir gözlərimiz.Bizim dostluq tarixçəmiz beş-altı il sürdü ancaq,Bu səhvimçün ana yurdum məndən hesab almayacaq.Çünki şair xəyalımın qanadları çox səyyardır,Yaşayanın, yaradanın yanılmağa haqqı vardır.Mefistofel! Mefistofel! Bizim dildə nəçisən sən?Beyin yeyən, könül yaxan… Şirin dilli bir iblissən.Yadımdadır o məclislər, o badələr, o nitqlər…Sən də danma o günləri öz hünərin varsa əgər.Yadındamı asta-asta çox girərdin qılığıma,Fəxrimizsən deyib mənə, hey içərdin sağlığıma.Deyirdin ki, şeir-sənət şöhrətisən yurdumuzun,Qoy hər sözün dastan olsun, taleyin ağ, ömrün uzun.Deyərdin ki, öz canımı sənə qurban verməsəm mən,Oğlum, qızım pay almasın bu dünyanın nemətindən.Mənsə canlı ürək kimi aldanardım bu ülfətə,İnsan oğlu inanmaqla ucalmışdır ülviyyətə.İnanmamaq iblislərin, əqrəblərin fitrətidir.Böyük sənət əsərləri bir etiqad qüdrətidir.Etibarsız, məhəbbətsiz hər üzünə keçən ömür,Xəyanətdən ilham alan şərəfsizə xoş görünür.
Kitabxana.az · https://kitabxana.az/en/works/vurgun-mefistofel-yaxud-dost-cildinde-dusmen
Use ← → keys to move, R for a random poem
More by this author
Yenə fikrim seyrə çıxdı yer üzünü başdan-başa,Dünya böyük bir tamaşa...
Ayın əfsanəsi (Aybəniz)Ay gözəllik çadırını açıb, buludlarda,Yenə bizim ay başına dolaharkən buludlar da
Hürmüz və ƏhrimənAzərbaycan, gözəl bir yaz… Həyat bolluq, işıq çoxdur,Qaranlıqdan, əsarətdən, xəyanətdən nişan yoxdur.
Bakının dastanıNeçə ildir könül deyir söylə, şair,Şeir, sənət gülzarında Bakı hanı?
Poems by other poets
Dəyən bülbül pərinə daima gülzarsız qalsın,Salan aşiqləri pərgardən pərgarsız qalsın.
Gəncənin qırğınıGörən, bilən, eşidənlər yansınlar,Gör nə yaman oldu halı Gəncənin,
Gedər derlər, gedər derlərBənim könlüm alan dilbər,Gedər derlər, gedər derlər.
NuxaTərif edim Nuxa yerin yerləri gülşən kimidir,Söyləyib danışmağı hər biri bir can kimidir,