Əgər səndən dönər isəm, nəsibim ahu-zar olsun
Əgər səndən dönər isəm, nəsibim ahu-zar olsun!Baharım qar tökən qışlar, açılmaz bir diyar olsun!Çəmənzarım, bağım-bağçam saralsın, həpsi xar olsun!Məzarım od tutub yansın, bu eşqim aşikar olsun!
Sus, ey bülbül, kəs ey tufan, məramım istirahətdir,Bu yerlərdə payım yoxmuş, əlacım bir səyahətdir;Ölüm!.. Ey vah, o nemətdir, o bir şanlı səadətdir.Əgər vaxtsız ölər isəm rəqibim bəxtiyar olsun!
Fələkdən intiqam istər, qopub ruhumda tufanlar.Nə insafsız, nə vicdansız olurmuş yarəb, insanlar!Yaz ey Vurğun, çağır qopsun bu gün aləmdə tufanlar,Dağılsın mehvəri-aləm kökündən, tarimar olsun!
Kitabxana.az · https://kitabxana.az/en/works/vurgun-eger-senden-doner-isem-nesibim-ahu-zar-olsun
Use ← → keys to move, R for a random poem
More by this author
Sənin soyuq baxışında nə həyat var, nə duyğu,Donub qalmış sifətində qarlı bir qış soyuğu.
Ləzgi qızıƏtəyini çirməyərəkSamur çaydan keçəndə sən,
Sən utanSən utan! Bəllidir riyakarlığın!Fitnədən yoğrulmuş bütün varlığın.
Samur çayıBizim Qafqaz dağlarından şırıl-şırıl süzülən,Çəmənlərin gərdəninə inci kimi düzülən,
Poems by other poets · Nature and spring
رأفت برند حالت ِ آن داغ دیده را
DönübdüPozuldu dövranım, nəs gəldi ilim,Mən gördüyüm o zəmanə dönübdü.
HasiyəVərdişin təsiri gör nə böyükdür.Hələ də gül, bülbül,
Ey gözüm nuri, qarari-düi-ürfan, getməEy gözüm nuri, qarari-düi-ürfan, getmə,"Məhfili-üns" sənin canına qurban, getmə.