Meysiz, məzəsiz can ilə canan ola bilməz!Sevda dediyin hər kəsə meydan ola bilməz!

Arifləri dindir ki, nədir şeir ilə sənət?Şair yaranan əmrə peşiman ola bilməz!

Könlüm evi bir gülşənə bənzər ki, əzizim,Min badi-xəzan əssə də viran ola bilməz!

Qəlbin, ürəyin odlarına yanmasa bir sözDillərdə, ağızlarda o, dastan ola bilməz!

Girdim günəşin qoynuna, min bir səhərim var,Bülbül də mənim, gül də, zimistan ola bilməz.

Yüksəl, fəqət insanlığa pis gözlə baxanlarDünyada bir ad qoysa da, insan ola bilməz!

Maqta — the closing couplet bearing the poet’s pen name. Xoşbəxt elimin, yurdumun öz Vurğunuyam mən,Bundan da gözəl bir daha dövran ola bilməz!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring