Aləmin seyrinə gəl, gör nə gözəl fitrəti var
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Aləmin seyrinə gəl, gör nə gözəl fitrəti var,Hər gülün, hər çiçəyin öz adı var, surəti var.
Qulaq as bülbülün avazına, sevda dəmidir,O çəmən güllərinin bir-birinə ülfəti var.
Sığmaz idraka bu dünya evinin sirrləri,Varlığın hüsni-əzəldən nə böyük qüdrəti var.
Dolaşıb aləmi Loğman kimi məna gəzirəm,Çünki mənalı keçən günlərin ülviyyəti var.
Ay da, ulduz da, günəş də yerə həsrətlə baxır,Hər bəşər qəlbinin öz məclisi, öz söhbəti var.
Maqta — the closing couplet bearing the poet’s pen name. Məni yelkən kimi qərq etsə də dəryada zaman,Vurğun öldü deməyin, bir əbədi sənəti var…
Kitabxana.az · https://kitabxana.az/en/works/vurgun-alemin-seyrine-gel-gor-ne-gozel-fitreti-var
Use ← → keys to move, R for a random poem
More by this author
Dünki bir lövhə ki, hər səmti viran,Dünki bir sinə ki, başdan-başa qan.
Ondan da gözəldirGöylər ki, müləvvən o şəfəqlərlə bərabər,Dəryalara, səhralara min cilvə sərasər
OrdaUzaq, bu həyatdan uzaq bir yer varYaşıl dağlarında sərin bir ruzgar.
Səlyan gözəliMənə hər gün bu yaxın pəncərədənDəli bir gözlə baxırsan, bu nədən?