Uzaq, bu həyatdan uzaq bir yer varYaşıl dağlarında sərin bir ruzgar.Orda nə qəm vardır, nə bəla vardır,Desəm inanmazlar, etila vardırKi, bütün varlığım, həp duyğularım,Müxtəlif dərdlərim və qayğılarımOrda, o ilahi çöhrədə gülər,Qarşımda saraylar, taclar bükülər.Həm də bidətlərdən, dürlü imandanBir əsər görunməz, çünki hər yandanHər qəlbə müsavi məşəllər doğar,Bütün məsləkləri bir məslək boğar:Bu isə yaşamaq, həm yaşatmaqdır,Yarınkı dünyaya bu gün çatmaqdır.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets