Ondan da gözəldir
Göylər ki, müləvvən o şəfəqlərlə bərabər,Dəryalara, səhralara min cilvə sərasərƏrz etmədə, bilməm nə zamandan bəri aləmGöylər deyə, göylər deyə çalxandı dəmadəmÇalxandı nəhayətsiz olan boşluğa əfkarƏn sonra təbiətdəki hikmətlərə naçar,Məruz olaraq enməyə bir cəbr ilə döndü,Min dürlü ziya parladı, min ah ilə söndü.Sönmək! O qaranlıq ki, çıxılmaz yolu var, ah!..Ömrün sonu ad verdi bu mənalaraAllah! Allah! O nədir? Məncə təxəyyül cərəyani,Görmək dilərəm, varsa görünsün o "əyani".Atəş, su, bulud bir zaman Allah idi, əlbət,Heyhat! Onu məhv etdi xəyalən bəşəriyyət.Dönmüş, o da dönmüş və dəyişmiş, bunu bildim,İndiysə onun eşqini çirkab ilə sildim,Sildim və inanmam ki, bunun hökmü əzəldir,Torpaqlara can verməyim ondan da gözəldir.
Kitabxana.az · https://kitabxana.az/en/works/vurgun-ondan-da-gozeldir
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Yeriməz salik olan rahi-rizadən qeyri,İstəməz arif olan cövrü cəfadən qeyri.
SevdiyimRuşən gecəsində, xoş bir saatda,Namə gəldi bu səhrayə, sevdiyim.
Şair və artistŞ a i r – Adə, artist əmoğlu, bu nə işdir a balam?A r t i s t – Hansı iş, şair əfəndi? Bizim Kərbəlayı Qulam?
Təzə həyat istərəmGördükcə tökülən haqsız qanları,Qandan zövq alan bu heyvanları,