Müəllimlik — bu bir incə sənətdir,Bu yolu hər gedən olmalı incə.Saralmaz bir çəmən o göyərincə,Həyata pək yaxın bir məhəbbətdir.

Almanlar etmişdir çox kərə təkrar –Mənimdir gələcək… müəllimim var…Dinlə vətəndaşım! Belə bir şüarHər qəlbə tac verən bir fəzilətdir.

Qələlər, zindanlar, qorxunc diləklər,Atəşli vicdanlar, çılğın ürəklər,Üfqündə məbud bir boşluq bəklər,Baxdım keçmişlərə, bu həqiqətdir…

Ey göylər suları, sən boşalma, dol!Tutduğun çiçəkli, reyhanlı bu yolHər qəlbə sevinclər vəd edər bol-bol…Bu günün qayəsi çünki zəhmətdir.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring