Sevgilim! Xavərim! Son bahar çağıUçub tökülürdü ömrümün bağı...Həyata küsmüşdüm sozümün sağı,Üzümə ilk dəfə gülən sən oldun,Şairin qədrini bilən sən oldun.Qaşların surməsiz, üzün boyasız,Budur xəyalımda aradığım qız.Deyərək nə qədər sevindim, yalnız,Qızların vəfası olmayır deyə,Düşdüm əvvəlləri ümidsizliyə...Rəng alıb rəng verən ismətinlə sən,Həyata qaytardın məni yenidən.O ilk təsadüfün xəyalilə mənHəftələr yaşadım, aylar yaşadımBir gün evinizdə çəkildi adım...Sən ey bağçaların, bağların barı!Könlümün sultanı, qəlbimin yarı!O gün, qapınıza gəldi çoxlarıFəqət sən dediıı ki, ölməz sənətkar,Mənim ölməzlərə məhəbbətim var.Böyüdü heykəlin gözümdə əlan * ,Tüstülü bir duman qalxdı başımdan!Bircə canım vardır, o sənə qurbanHaqdan istəmişəm yarıyaq qoşa,Sən də de qocalaq, qarıyaq qoşa,İndi xumar-xumar baxan gözlərin,Süzülüb-süzülüb axan gözlərin,Ruhumda bir günəş yaxan gözlərin,Oldu sənətimin ilham ocağı!Ömrümün ən gözəl, ən xoşbəxt çağı.Boranlı qışlardan çıxmışam yaza,Könlüm oynamayır gündə bir saza.Baxıb camalına söz yaza-yaza,Bir də söyləyirəm yarıyaq qoşaSən də de qocalaq, qarıyaq qoşa.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets