Hürriyyət
Xoş olmasaydı cahanda məali-hürriyyət,Həqiqətən, olamazdı məqali-hürriyyət.
Olardı tirə bəşər çeşminə cahan yeksər,Görünməsəydi günəştək cəmali-hürriyyət.
Pozar, bütün dağıdar əbri-zülmü ədl ilə,Ki, yetdikcə kəmalə hilali-hürriyyət.
Həmişə şeştəri-heyrətdə şahi mat eylər,Gələndə gərdişə əsbi-cidali-hürriyyət.Yetirsə mehdi-cahan min nəfər səadətmənd,Zəmanə bir də yetirməz misali-hürriyyət.
Görüm ki, xanəsi bərbad ola o bədxahın,Bu isə qəsdi ola payimali-hürriyyət.
Tamam əsrdə naqis qalır hilal kimi,Hər ol kəs etməsə kəsbi-kəmali-hürriyyət.
Gərək ki, rişəsi zülmün kəsilsin aləmdə,“Ədalət” ilə ucalsın nəhali-hürriyyət.
Sanırsa zahid özün əhli-mərifət, əmma,Bilirmi, nolduğun olsa suali-hürriyyət?
Kitabxana.az · https://kitabxana.az/en/works/vahid-hurriyyet
Use ← → keys to move, R for a random poem
More by this author
Sanma, könlüm bu çəmənzardə xürrəm kimidir,Yarsız aşiqə cənnət də cəhənnəm kimidir.
Mənim istəklim o üç nalız gözəldən biridirMənim istəklim o üç nalız gözəldən biridir,Həmi göyçək, həmi on yeddi yaşından iridir.
Aləm deyir, istəklin əcəb nazlı mələkdirAləm deyir, istəklin əcəb nazlı mələkdir,Hər şivəsi min hiylədir, hər nazı kələkdir.
Hər aşiqə öz istədyi yarı gözəldirHər aşiqə öz istədyi yarı gözəldir,Hər bülbülə öz sevdiyi gülzarı gözəldir.