Hər aşiqə öz istədyi yarı gözəldir
Hər aşiqə öz istədyi yarı gözəldir,Hər bülbülə öz sevdiyi gülzarı gözəldir.
İlqarı gözəl olmayanı istəməz aşiq,Can ver elə cananə ki, ilqarı gözəldir.
Mən bir uca boylu gözəlin zülfünə bəndəm,Rüxsarı gözəl, şivəsi, rəftarı gözəldir.
Yüzlərcə gözəl başqa vilayətdə də çoxdur,Amma bizim ölkə bütün – elcanı gözəldir.
Yar olsa mənimlə, mənə biganə nə eylər?Uçmaz elə bir xanə ki, memarı gözəldir.
Mən istədiyimçün o gülü qeyri də sevdi,Qiymətli o şeydir ki, xiridarı gözəldir.
Vahid, mənə insaf elə, sima ilə baxma!Əhsən, elə bir şairə əşarı gözəldir!
Kitabxana.az · https://kitabxana.az/en/works/vahid-her-asiqe-oz-istedyi-yari-gozeldir
Use ← → keys to move, R for a random poem
More by this author
Sən, sevgilim, bu hüsn ilə ellər nigarısan!Odlar diyarının gözəli-şəhriyarısan!
Söylə, ey gül, hansı bağın sən güli-rənasısan?Söylə, ey gül, hansı bağın sən güli-rənasısan?Hansı gülzari-behiştin sərvisən, tubasısan?
Sevgilim! Seyri-gülüstan yaxşıdr, sən yaxşısan?Sevgilim! Seyri-gülüstan yaxşıdr, sən yaxşısan?Aşiqinçün başqa canan yaxşıdır, sən yaxşısan?
Bilsən, gözəlim, sən nə qədər sevgili cansan!Bilsən, gözəlim, sən nə qədər sevgili cansan!Zülm eyləmə, qoy söyləməsinlər, can alansan.
Poems by other poets · Love
Bu gün bir qönçə ləb yarı sevmişəm,Dəhanında tuti dillərə qurban,
Gəraylı: Könlüm istər görəm yarıKönlüm istər görəm yarı,Üç gündə bir, beş gündə bir,
Şu kafər çeşmi gördüm İstefadəŞu kafər çeşmi gördüm İstefadə,Ülumi andan etdim istifadə.
Hay mədədÇox çalışdım, mətləbimə çatmadımArzu mənim canda qaldı, hay mədəd