Dəyişmişəm, gözəlim, indi sən deyən deyiləm!Get, hər kiminlə gəzirsən gəz, inciyən deyiləm.

Mənimlə qaş-göz atırsan, gəzirsən özgəylə,Bu rəngi gəlmə mənə, şivə-zad yeyən deyiləm.

Çəkibdir ətrini biganə qönçəlikdə sənin,Sən indi gültək açılsan da, iyləyən deyiləm.

Məni şirin dil ilə bəs deyilmi aldatdın?Zəmanə görmüşəm, axır, iməkləyən deyiləm.

Əgər öləndə həyatım sənin əlində ola,Düşüb qədəmlərinə minnət eyləyən deyiləm.

Özüm də Vahidəm, aləm bilir dəyanətimi.Sənin kimi gedib əğyarə baş əyən deyiləm.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets