Pəncərəmin qabağında gecə dayanmış.Ürəyimdə min bir arzu, həvəs oyanmış.Mən cəbhədə, bir komada şeir yazıram.Yanır saxsı parçasının üstündə bir şam.Mum əriyir, gilə-gilə axır aşağı.Şam ağlayır, həzin-həzin yaş axır,Qaranlığı otağıma buraxma, şamım!İşığınla dolu qalsın gecəm, axşamım.Qızıl alov qanadında yuvamı parlat.Pəncərəmdə əlvan səhər qoy açsın qanad.Gecə qara, ölüm yaxın, həyat şirindir...Bu qəlbimin təsəllisi şəfəqlərindir.Gözlərimdə uzun-uzun gəzir bir xəyal:keçən günlər, ilk məhəbbət, o hicran, vüsal,buludlarda donub qalan qürub gövhəri,göy dənizdə axşam doğan bir yay səhəri,körpəm, evim, az ömrümün sadiq yoldaşı,sinəm üstə damcılayan isti göz yaşı,qoca ana gözlərində qalan bir sual,o gözlərin lisanında keçən həsbhal,dönüb baxıb, ayrıldığım vətən yolları,o, boynumdan ayrılmayan körpə qolları.Gözlərimdən ağır-ağır keçir səhnələr:aydın gecə, buludlu göy, səadət, kədər...hanı mənim şölə çəkən ağ şamım, hanı?Ağır olar qaranlıqda onun hicranı.Mən şerimi yaza-yaza bu zülmət gecə,Köçüb getdi bu dünyadan şamım gizlicə.Zəif duman titrəyərək getdi ötəri.Pəncərəmə qondu şəfəq göyərçinləri.Soruşuram, hanı şamım? Şerim səslənir:oxu mənim hər sətrimi, sözümü bir-birDuyacaqsan ölən şamın hərarətini!Təmənnasız keçən ömrün sədaqətini.Mən xəyala dalıb dedim: eşq olsun şama!Qaranlığı buraxmadı mənim yuvama.Şöləsində şeir yazdım, açdım qəlbimi.Nə olardı, ömrüm keçsə bu ağ şam kimi!..

Krım, 1942

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets