Babam saqqalı ağ,qaşları qalın,qarayanız, enli alınbir kişiydi.Namaz qılıb gündə beş rükət;deyərdi: Nağalayın atasına rəhmət!Bizdən saldat aparmadı.Gavur olsa da,behiştlik çəkilsin adı.Mən o zaman uşaq idim.Üç şeydən qorxardım:cin, hind toyuğu, saldat.Eşidəndə babamın duasınıdüşünürdüm: nə yaxşı ki,adamı saldat aparmırlar.Nə yaxşı ki,atamı saldat aparmırlar.Ancaq...Ağır oturdu bizə bu “mərhəmət”.Böyük Vətən davasında.Daha yaxşı anladıq bunu;Nikolayın bizə olan “qayğısını”.Çıxdıq amansız düşmənə qarşı;əlimiz müasir silaha öyrənməmiş,şüurumuz böyük davada naşı.Yadıma bir köz kimi düşürdərdli Krım.Yadıma düşdü,yetmiş tikəsini bir qutuya yığdığımızqarayanız əsgərinanasına yazdığı yarımçıq məktub,onun ucu belə sınmamıştəzə karandaşı.Yadıma düşdüsərxoş bir kapralın

könlümə vurduğu şillə – yeldaşı!Bəli, çox yaralandıq, öldük.Gün oldu tut kimi töküldük.Demirəm hamıdan artıq verdik qurbanı.Ancaq, dənəylə sanamazlar insanı.Bəzən məhv olan bir nəfərsağ qalmış yüzə dəyər.Xatırladım babamı,çünki yaxşı öyrənsəydimüasir silaha əlimiz;daha az qurban verərdik,daha artıq düşmən anası ağladardıq.Axı çox yerdəsilahla yarılacaq cəbhənisinəmizlə yardıq.Döyüşə bələd düşmənbir yaylımda sərdi yerəbölüyümüzün neçə səfini.Qanımızla yumalı olduqyazıq, sadəlövh babamıntarixi səhvini.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets