Metal qırıntıları toplayın
Axtarın künc-bucağı!Axtarın hər padvalı!Toplayın, təhvil verinparça, qırıq metalı!Kimi görsən başa sal:ölkəni qorumaqçın,gərəklidir hər metal!Bu gün təhvil verirsənparça-parça metalı,sabah təyyarə olur,o, gülləli, bombalı.Düşmən acdır deyirlər,onu gərək doyduraq!Qarnına qurşun töküb,ağzına da mis vuraq!Qoy bir daha acmasın!Qoy həddini aşmasın.Deyək: – Faşist quduzu,istəyirsən buyur, al!Bizim Azərbaycandatoplanmışdır bu metal.Bir zaman bu qazandı,indi şrapnel oldu.Yağıları yandıranalovlu bir sel oldu.Evdar qadın, vətəndaş!Sən də, pioner yoldaş!Kimi görsən başa sal!Məntəqəyə dalbadaltəhvil verilsin metal.Bu gün təhvil verirsənparça-parça metalı;sabah təyyarə oluro, gülləli, bombalı!
iyul, 1941
Kitabxana.az · https://kitabxana.az/en/works/resul-rza-metal-qirintilari-toplayin
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Nə vəhşi könlüm ol ahunigəhdən qeyrə ram olmaz,Nə anın hicrinin nöqsan olan ayı tamam olmaz.
TəcnisQəni Mövlam, budur səndən diləkim,Gələ bir gün bu diyarə sevdiyim,
SaldınQanlı fələk, neyləmişdim sənə mən,Axırda məni yüz min bəlaya saldın,
Gətirdin abugərdənGətirdin abugərdən,Ver mürğə a bekar, dən,