Həsrət
Yenicə enmişəm“İL-18”-dən.gözümü ayıra bilmirəmmavi qapaq kimiüfüqdən-üfüqəMoskvanın üstünə çevrilmişdənizdən.Bu dənizin nə dalğası var,nə köpüyü.Elə belə –sadəcə göy örtüyü.Nə bir qucaq pambıq bulud,nə bir çəngə yumşaq duman.Günəş – qaynar kürədən çıxmışdəmir parçası;yandırır yaman.Hər yanteleskop işlədikcə, yaşıl... yaşıl.Göy açıq!Bu dəniz kimi mavi, genişgöyün altında,bu yaşıl dəryanın ortasındadayanmışıq.İndicə gətirəcəklərşeylərimizi.Beş kəlmə verməmiş,beş kəlmə almamışgur-gur guruldadı göy.Tökdü yağış,nə tökdü...Ucundan tut göyə çıx!Əcəb sakit hava!Əcəb göy açıq!Hardan gəldi belə tezbuludlar, ağlı-qaralı?Söykəndi dağ dağa.Göy oldu dama-dama.Elə bil Allah hazırlaşırmələklərlə şahmat oynamağa.Mənə şah deyən yoxdur,ancaq mat qalmışam.Düşünürəm:nə olar belə,səsi gumgur,suyu bombol,dupduruyağışımız olaydı, Abşeronum!
Yaz kimi yazımız,qış kimi qışımız olaydı,Abşeronum!Bir beş-on il aman verseydidavalar,dəyişərdi iqlimlər, havalar.Hamı adamlar insan olsaydıxoşbəxt yaşamağa nə var.İşıq zülməti,səhhət mərəzi,bolluq ehtiyacı,məhəbbət nifrətiboğar.Yaxşıların yumruğupislərin başındaqara daş olsa,yer üzündə insanlar qardaş olsaağaclar mahnı deyər,ceyranlar əkiz doğar.Göylərə təbəssümlə baxankörpələrin nəğməsinə,ağ göyərçinlərin qanad səsinəsəs verər insan qəlbi.İnsan əlində namümkünsüz nə var!İnsanlıq namına dost olsalar.Ürəklərdən keçən dostluqəbədi səadətə yol salar.
Bakı, 1960
Kitabxana.az · https://kitabxana.az/en/works/resul-rza-hesret
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Çərx fələk məni qıldın divanəAyrı saldın yarı anıb ağlaram
LələXəstə cismim bir cananın ucundan,Yanıb atəşlərə əriyir, Lələ,
NeylimBahar oldu, qurı çaylar daşalı,Sökuldu könlümün bəndi, neylim.
Cığalı müxəmməs: Ey simbədən, mehri-dərəxşəndə ZüleyxaEy simbədən, mehri-dərəxşəndə Züleyxa,Ey kani-məlahət, ləbi pürxəndə Züleyxa,