Mən istəyirəm:buludlar ağlasınuşaqlar ağlamasın;analı, ya anasız.Mən istəyirəm:güllər açılsın,güllələr açılmasın,amanlı, ya amansız.Mən istəyirəm:qapılar qapansınsoyuq olanda hava.Gözlər qapanmasın,sözlər qapanmasın.Mən istəyirəm:yanğınlar sönsün,ümidlər sönməsin.Meyvələr dəysin öz fəslində.Ürəklərə söz dəyməsin.Bəhərdən budaqlar əyilsin.İnsan başını əyməsin,xəcalətdən, ya gücsüzlükdən.

Axsın bulaqlar göz yaşı kimi,torpağın üzərində.Göz yaşı bulaq kimi axmasındünyanın heç bir yerində.Hər şey insana baxsın.İnsan ələ baxmasın.Gecələr ulduzlar oyaq olsun.İnsanlar yatıb dincəlsin;qüvvət toplasın sabahınxeyirli işlərinə.Açsın gözlərinigələcəyin ümidli səhərinə.Mən istəyirəm:sevinc, səadət bol olsun.Ürəkdən-ürəyə,ölkədən-ölkəyə,açıq yol olsun.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets