Nədən azürdəsən, ruhi-rəvanım, bisəbəb məndən?Biməhdillah ki, zahir olmayıb tərki-ədəb məndən.

Süxənçilər sözünə mərdi-dana etibar etməz,Sənə təhqiq lazımdır, desə bir zən-cələb məndən.

Qaçar məndən Əlilər, xah oğlum, xah damadım,Sənin həm qaçmağın cana, deyil hərgiz əcəb məndən.

Mənəm dərvişi-nikəndiş kim, əyyami-ömrümdəXuda agahdır, bir kimsəyə dəyməz təəb məndən.

Bu adətdir – qənilər mülkü cah ənam edər xəlqə,Nə kari-büləcəbdir gör edər bunlar tələb məndən?

Əziza zərrəcə yox etibarım xiyşü əqvamə,Ərəbdən olmazam haşa, əgər olsa ərəb məndən.

Görüb eybeləmə bu şairin nəzmi-pərişanın,Pəriasanxatirəm, umma kəlami-müntəxəb məndən.

Şikəstə Zakirəm, xofv etməzəm mən şərri ədadən,Nə qədri zud rənc olsa, keçər əhli qəzəb məndən.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets