Bir oyundu məzəli:bir kürəkdə neçə yumruq,Qışqırardıq dörd yandan:– Əl üstə kimin əli?– Filankəsin?– Tapmadı! Hay, tapmadı!Qaldırın, vurun, yalandı!Günlər keçdi...İllər dolandı...Düşünürəm indi:təki yalanlar belə olaydı;bundan ağ,bundan iri yox.Yalansız dolanaydı insanlar –hamısı!Neçədən biri yox.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets