Biri baxdı, dedi:– Tərifli nəyi var!Kimə xoş gələr bu xırda,bu incə-mincə dodaqlar?O biri baxdı, dedi:– Qalındır dodaqları,həm də qabarıq.Biz belə dodaqlardanzövq almarıq.Üçüncü baxdı Safonun heykəlinə.Dodaqlarından ayıra bilmədi gözlərini.Ayrılıb getmək istədi;taqəti yoxdu,gedə bilmədi.Diz çöküb səcdə etmək istədi;heyranlığından edə bilmədi.Sanki, qapadı gözlərinibütün dünyanın yoxuna-varına,Baxa-baxa qaldıSafonun,şeirlərindən məşhurdodaqlarına.

Afinada, muzeydəbiri “Hava nə soyuqdur”, – deyirdi.O biri “İstidən aman yoxdur”, – deyirdi.Üçüncübaxışlarıyla sanki,heykəl Safonun,dodaqlarını yeyirdi.Və pıçıldayırdı:– Dodaqlar,sizi kim unudar!Dodaqlar, dodaqlar!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets