“Ey, dərbədər gəzib ürəyi qan olan çocuq”Sabir

– Əmi! Əmi! Əmi!Səs məni dayandırır.– Əmi, çörəyə bir bax!Tez ol, əmi, tez ol,vay, əlimi yandırır.Əmi! Əmi!Səs artır.Ətrafımı bürüyürçörəksatan balalar,qafiyəli şeir də deyirlər:– Məndən kim çörək alsa,bal alar.Gəl təndir çörəyinəipisti, yumyumşaq,sapsarı.Penisilindən yaxşı sağaldırnaxoşları!Baxıram ən kiçiyialtı-yeddi yaşında.Ortancılı, böyüyühalay vurub başımda.– Çörək var a, çörək var. –gözlərimə soxurlar.– Çörək var a, çörək var.Biri qıvrım qarasaç,irigöz, açıqalın,əynində çitdən köynək,ayaqları yapyalın.– Qızım, hansı məktəbdə oxuyursande görüm?– Odey ha, bax o hündür,yekə, o ağ məktəbdə.Çörək var a, çörək var!– Yox, əmi, yalan deyirHeç bir yerdə oxumur.Qız oğlana çəmkirir:– Vələduzna toxumu!Yekə qalmaqal düşür.Saç əldə,Boğaz əldə.Yaxa şırım cırılır.Çörəklər toz içində.Əl-üz tey qançır olur.Qırmızı yaxalıqlı bir nəfər görünəndəhər yan susur daş kimi.Uşaqlar gülə-gülədağılışıb gedirlər,mehriban yoldaş kimi.Çörəklər də yox olurbir anda.Bir mən,bir də qırmızı yaxalıqlı bir nəfər

qalırıq bu meydanda.Gözümdən, qulağımdan çəkilmir bu mənzərə.“Əmi, çörək!” –sözləri sankihopub hər yerə.Qulağımda bu səsdir,gözlərimdəqıvrımsaç qızın gözlərindəkişeytan gülüş və kədər.Bir də neçə məktəbdə,neçə-neçə sinifdə boş yerlər.Bəzi adamlar buna“tərbiyə işimizdəçatışmazlıq, nöqsan”;– bəziləri “keçmişin qalıqları” deyirlər.Düşünürəm: qalıqlar!Bu acı xırdalıqlar,nə qədər qalacaqdır.Qalıqların yuvası dağıldığıhaçaqdır!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets