Məni ölməyə qoymurlar
Dostum Heydər Həsənoğluna.
Tənha çağımda yığışır,Dostlarım, haxdan danışır,Kimi taxtımdan yapışır,Kimi toqqamdan yapışır,Yerə gəlməyə qoymurlar.Ölüm-qalım savaşında,Məni ölməyə qoymurlar.Düzə doğru düz gedənlərMəni ölməyə qoymurlar.
Bəxti nahaq yatmışlarınDərdini kim yaza, Allah?!Yazda ölüm asan olur,Saxla məni yaza, Allah!Zarımağı, sürünməyiEylə mənə yasaq, Allah!Ünvanıma əssə, nə qəm,Ölüm səsli sazaq, Allah –Məni ölməyə qoymurlar...
Mən deyəni kim deyəcək?Çox yollara çıxar bu iz.Söz döyüşdə ölməliykən,Söz ciblərdə paslı kilid...Yurdun əlsiz yazarları,Əlsiz, dilsiz yazarları,Məni ölməyə qoymurlar.Adsız şəhid məzarları,Məni ölməyə qoymurlar.
Millət dananlar azalar,Millət sevərlər çoxalır.Bu millətin ovqatındaHümmət sevərlər çoxalır.Açıq-aşkar az olsa da,Xəlvət sevərlər çoxalır,Bu sevərlər arasındaMəmməd sevərlər çoxalır,Məni ölməyə qoymurlar...
18 sentyabr 1994
Kitabxana.az · https://kitabxana.az/en/works/memmed-araz-meni-olmeye-qoymurlar
Use ← → keys to move, R for a random poem
More by this author
Dostum Ağayara*Təklikdə çaylaq daşıyam,
QayıdarsanBelə dönmə, ismi dönük deyilsən;Gileyin var: yağdırıb get, yağıb get.
O gözlərə baxmaramBu gün sənin hər gözündə bir gülüş,Biri çılğın, biri tutqun, bürkülü...
OlarmışÖyünəsi bircəm idin, birimdin,Yön tutası qibləm idin, pirimdin.