O gözlərə baxmaram
Bu gün sənin hər gözündə bir gülüş,Biri çılğın, biri tutqun, bürkülü...Baxışına yad baxışlar bükülü,İnnən belə o gözlərə baxmaram.
Qəza gəldi, əsa gəldi, deyirlər.Əhdini də düyçələyər iy əllər.Bir çalada donan suya əyilləm,İnnən belə o gözlərə baxmaram.
İki görüş bir baxışda görüşdü,İki ilmə bir yanlışda görüşdü.Doğru sözüm aldanışla görüşdü,İnnən belə o gözlərə baxmaram.
Haray, durnam, qatarımı itirdim!Havar çəkdim, havarımı itirdim,Dalğasında avarımı itirdim,İnnən belə o gözlərə baxmaram.
İsmi dönük, son tufanım olsa da,Son ümidim, son gümanım olsa da,Gündoğanım, günbatanım olsa da,İnnən belə o gözlərə baxmaram.
Dekabr, 1980
Kitabxana.az · https://kitabxana.az/en/works/memmed-araz-o-gozlere-baxmaram
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Eşitmişdik, qulluğuna yetişdik,Gördük ki,düşübsən dildən-dilə sən.
VarBir şəhərdə altı dərviş,Onun pak əsası var;
NatəvanÜzündə son bahar, ağzında yaşmaq,Sənin gözəlliyin solğun görünür.
Bənzəyir cənnətə yazi-növbaharBənzəyir cənnətə yazi-növbaharXassə ba ruyi xoşi gülizar.