Çöldə yağış yağır,mən onu görmürəm,ancaq duyuram;küçədən keçən maşınlarıntəkər səsindən,bir də pəncərəmin çöl səkisindəkisarı nərgizinəsəbi insan kimi diksinib titrəməsindən.Düşünürəm:indi asfalt küçələrdənsu axır,tökülür dəmir qapaqlı su yollarına.Qarışır bir-bir sızqovlar,köpüklü çay olur;axıb gedir dənizə.Kim bilir, yağış yağırmışumu kəltən-kəltən,yolları tozlu,əkinləri qızdırmalı dodaqlar kimicadar-cadarkəndimizə?Düşünürəm:bu ildəmitraktorların sükanına,alaqların tikanına,kətmənlərin sapına,hədər yerə töküləcəkneçə insan alnından axan tər?!Rahat qoymayır məni nigaranlıq.Bu ildəmiDolmayacaq pambıq?!

27 yanvar 1962

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring