Saqi, bu məclisin eşqilə dolandır badə
Saqi, bu məclisin eşqilə dolandır badə,Ömrümüz həsrəti-meylə niyə getsin badə?!
Hamının sevgisi, bir arzusu var qəlbində,Çünki bülbül gülün eşqində gəlir fəryadə.
Nəsl ilə ad qalar aləmdə, həqiqətdir bu,Meyvəsiz bir ağac, əlbəttə, gedər tez badə.
Başqa bir ləzzəti vardır, bir ata sağkən özü,Atalıq həqqini ifa eləsin övladə.
Yığa öz başına hörmətli qohum-qardaşını,Bundan artıq nə gözəl arzu olar dünyadə?!
Bir səbəb var bu ziyafətdə, səbəbsiz də deyil,Gəlmişik biz bura şadlıqla mübarəkbadə.
İki növrəstə cavanın bu gecə şirnisidir,Yəni Şirini nikah eyləmişik Fərhadə.
Arizu eyləyirik kim, hamının oğlu, qızı,Sürələr ömrlərin sevgi ilə azadə.
Bəxtiyar olmağını istə həmişə xəlqin,Qorxma, Vahid, səni ellər salacaqlar yadə.
Kitabxana.az · https://kitabxana.az/en/works/vahid-saqi-bu-meclisin-esqile-dolandir-bade
Use ← → keys to move, R for a random poem
More by this author
Sən bir gülüsən, sevgilim, ən tazə baharım,Bir bülbülüyəm mən də bu qiymətli diyarın.
Tapşır, ey gül, zülfünə daim pərişan olmasınTapşır, ey gül, zülfünə daim pərişan olmasın,Aşiqin bülbülsifət hicrində nalan olmasın.
Meyxanə məclisində gərək söhbət olmasınMeyxanə məclisində gərək söhbət olmasın,Bir kəsdə söhbət eyləməyə cürət olmasın!
Ahəstə, bülbülüm, oxu, dildar oyanmasın!Ahəstə, bülbülüm, oxu, dildar oyanmasın!Naz ilə yatmış ol güli-bixar oyanmasın!
Poems by other poets · Love
شاهد خرگهنشین زلف ز رخ کرد بازنور حقیقت پدید از ظلمات مجاز
Tərcibənd: Ey tərfə nigari mah-ruxsarEy tərfə nigari, mah-ruxsar,Ey hur-ləqa, fəriştəkirdar,
YarMən nəhani sizə qonaq gəlmişəm,Dur bağçada sallanıban dolan yar,
Sevgidən danışan şeirlərimiSevgidən danışan şeirlərimiSiz əsla yazmayın mənim adıma.