Hər gül açıla, ol güli-rəna kimi olmaz,Hər aşiq olan bülbüli-şeyda kimi olmaz!

Minlərcə bu dünyaya gözəllər gələ bir də,Mən sevdiyim ol şuxi-dilara kimi olmaz!

Güldən o təmənnanı ki, bülbül qılır hərdən,Min başqa təmənna bu təmənna kimi olmaz!

Fəxr etməsin öz sevdiyi Leylasına Məcnun,Min Leyli əgər gəlsə, bu Leyla kimi olmaz!

Vahid, demə çox, ətirli güllər yetişibdir,Hər ətir gəlib ənbəri-sara kimi olmaz!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love