Gecə öz istədiyim yar ilə, işrətdə idim
Gecə öz istədiyim yar ilə, işrətdə idim,Sanki bir Adəm idim, guşeyi-cənnətdə idim.
Mən idim, bir də öz istəkli gözəl yarım idi,Yoxdu əğyar, gər olsaydı, müsibətdə idim.
Badə camın mənə canandı verən məclisdə,Gör bu hal ilə ol əsnadə nə halətdə idim!
Bütün ətrafımı almışdı gözəllər səf-səf,Məst ikən yar ilə bir başqa məhəbbətdə idim.
Həsrətin çəkdiyim öz yarım idi saqi olan,İndi təsvir elə bax, gör nə qiyamətdə idim!
Nə təmənna eyləyirdimsə, müyessərdi mənə,Taleyimdən elə zənn etmə, şikayətdə idim.
Vahidəm, eşqü məhəbbətlə cahandan getdim,Heyf kim, bilmədilər, mən nə təriqətdə idim.
Kitabxana.az · https://kitabxana.az/en/works/vahid-gece-oz-istediyim-yar-ile-isretde-idim
Use ← → keys to move, R for a random poem
More by this author
Həmişəlik o gözəl yarım olsa mənim,Yolunda sərf edərəm, hər nə varım olsa mənim.
Xeyli vaxtdır, ayrılıb məndən o cananım mənimXeyli vaxtdır, ayrılıb məndən o cananım mənim,Firqətilə gündə min dəfə çıxar canım mənim.
Ey gözəllik Kəbəsi, sən qibləgahimsən mənimEy gözəllik Kəbəsi, sən qibləgahimsən mənim,Mən gədayi-eşqinəm, sən padişahimsən mənim.
Gəl gör, ey bülbül, bu gülşəndə nə halım var mənimGəl gör, ey bülbül, bu gülşəndə nə halım var mənim,Bir güli-rənayə bənd olmaq xəyalım var mənim!
Poems by other poets · Love
Başına döndüyüm, ay mələkzada,Gözəllər içində növrəstə Güllər.
شاهد ما گر سر زلف معنبر بشکندقدر روز افزون کند بازار عنبر بشکند
Könül, cahanda qəmi-hicri-yarə səbr eyləKönül, cahanda qəmi-hicri-yarə səbr eylə,Nə qədr vursa sənə yar yarə, səbr eylə.
Qəzəl: Həbibim qəddi-mövzunun əlifdir dal arasındaHəbibim, qəddi-mövzunun əlifdir dal arasındaVücudun Həzrəti-Haq saxlasın iqbal arasında